«Əl-Cəzirə»nin baş direktoru Hanfar Vadah İsrail hökümətinin mətbuat-xidmətinə kanalın özünün etik kodeksini pozduğu haqqında məktub göndərib. «Əl-Cəzirə» bu addımı İsrail hakimiyyətinin telekanalı boykot etmək qərarına cavab olaraq atıb. Hədə-qorxuya həbsxanadan İsraillə «Hizbullah» hərəkatının razılaşmasına əsasən azad olunmuş Kuntarın qəhrəman kimi təqdim edilməsi səbəb olub.
Vadah, telekanalın etik kodeksinin çox ciddi şəkildə pozulduğunu etiraf edib və gələcəkdə analoji halların qarşısının alınmasına dair göstəriş verib. Qeyd edək ki, Samir Kuntar İsrail həbsxanasında 29 il beş israillinin həlak olduğu 1979-cu il hadisəsinə görə keçirməli olub.
Mənbə: lenta.ru