KİVDF əməkdaşları Almaniyaya gedəcəklər

“Azadlıq Naminə” Fridrix Nauman Fondunun təşkilatçılığı ilə Almaniya və Avstriyadan Bakıya gəlmiş bir qrup jurnalist Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) olub.

Fonddan SalamNews-a verilən məlumata görə, icraçı direktor Vüqar Səfərli Fon­dun yaradılması zərurəti və son illərdəki fəaliyyəti barədə ətraflı məlumat verib.

V.Səfərli son 3 ildə Azərbaycanda ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin problemlərinin həlli, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində Fondun həyata keçirdiyi çoxsaylı layihələrdən danışıb. O, Azərbaycan jurnalistlərinin beynəlxalq təcrübəni öyrənmələri üçün Fondun xarici ölkələrə səfərlər təşkil etdiyini də qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda Fondun əməkdaşlarından ibarət qrupun “Azadlıq Naminə” Fridrix Nauman Fondunun və Almaniyanın aparıcı mediasının fəaliyyəti ilə tanışlığı məqsədilə bu ölkəyə səfərinin təşkili barədə razılıq əldə olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO