KİVDF jurnalistlər üçün yeni müsabiqə elan etdi

KİVDF jurnalistlər üçün yeni müsabiqə elan etdiPrezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 1-də “Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilib.
Yığıncaqda Suraxanı rayon ictimaiyyətinin nümayəndələri və 30-dək tanınmış KIV-in rəhbərləri iştirak ediblər.

Tədbirdən əvvəl Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov media nümayəndələrini son illər rayonda görülən abadlıq- quruculuq işləri ilə yaxından tanış edib.

KIVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun fəaliyyətindən söz açıb.
Vüqar Səfərli qeyd edib ki, son illərdə həyata keçirilən mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid və digər iştirakçılar icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə razılıq əsasında “ Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər ” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirəcəyini bəyan edib və belə bir konfransın keçirilməsinə verdiyi dəstəyə görə Suraxanı Rayon İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra müsabiqə elan olunub. Müsabiqənin məqsədi Suraxanı rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ adlanır.
Yazıların qəbulu 02.11.2012-cil il tarixində başlayır , 14.12.2012 tarixdə başa çatır.

Müsabiqədə I -ci yer üçün bir, II -ci yer üçün iki, III -cü yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək.

I yer – 1000 manat (1 000 manat)
II yer – 800 manat (1 600 manat)
III yer – 600 manat (1 800 manat)
Həvəsləndirici mükafat – 200 manat (2000 manat)

Qaliblər, həmçinin Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO