Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2010-cu il üçün KİV-lərin və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı avqustun 2-də elan etdiyi müsabiqənin başa çatmasına cəmi beş gun vaxt qalır.
Vaxtın az qalmasına baxmayaraq indiyədək fonda cəmi 15 layihə daxil olub. Bu barədə Modern.az saytına KİV-in İnkşafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli məlumat verib: “Bizim vaxtı uzatmaq fikrimiz yoxdur, ona görə ki, avqustun 2-dən 25-nə qədər çox uzun bir vaxtdır. Bunun üçün vaxtı uzatmağa heç bir ehtiyac görmürük”.
Fondun icraçı direktoru onu da bildirib ki, bir ildə bir dəfə fonda layihə təqdim edən təşkilat, həmin il ikinci dəfə yenidən fonda layihə təqdim edə bilər. Burada heç bir problem yoxdur.