KİV haqqında qanunvericilik sistemi

Müxtəlif ölkələrdə bu məsələ necə tənzimlənir? On bir ölkənin – Avstraliya, Avstriya, Böyük Britaniya, Almaniya, İspaniya, Kanada, Niderland, Norveç, ABŞ, Fransa və İsveçin təcrübəsinə nəzər yetirərkən belə nəticəyə gəlmək olar ki, on bir ölkədən yalnız ikisi mövqeyin azad ifadə edilməsinin, Konstitusiyada yazılı surətdə qeyd edilmiş təminatına malik deyil (Yazılı Konstitusiyanın özü kimi). Bu, Böyük Britaniya və Avstraliyadır. Böyük Britaniyada KİV haqqında ümumi qanun da yoxdur, çünki söz azadlığı insanın təbii hüquqlarından biri kimi nəzərdə tutulur və avtomatik olaraq baxış və mövqelərin kütləvi ifadəsinə tətbiq edilir. Eyni zamanda, hesab edilir ki, ayrı-ayrı normativ aktların tətbiqi yolu ilə söz azadlığına bəzi məhdudiyyətlərin qoyulması da mümkündür. Bu məhdudiyyətlər ya dövlətin ali maraqlarından, ya da jurnalistlərin şəxsi həyata qarışmasına məhdudiyyətlərin zəruriliyindən irəli gəlir.
Norveçdə mətbuat azadlığı ilk dəfə 1814-cü ildə Konstitusiya ilə təmin edilmişdir. Fransada fikrin ifadəsi və informasiya yayımı azadlığı, hələ 1789-cu il insan və vətəndaş hüquqları Deklarasiyasının 11-ci maddəsində əks olunmuş və 1958-ci il Konstitusiyası preambulasına daxil edilmiş hüquqdur: «Fikir və mövqe mübadiləsi azadlığı insanın daha qiymətli hüquqlarından biridir. Beləliklə, bu azadlıqdan sui-istifadəyə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cavab vermək şərti ilə bütün insanlar azad danışa, yaza və məqalələr dərc edə bilərlər».
Almaniyada mətbuat, informasiya və fikir azadlığının konstitusion əsasını Ali Qanunun 5-ci maddəsinin iki bəndi təşkil edir.
Ali Qanun, birmənalı şəkildə senzuranı, yəni nəşrdən əvvəl mətbu nəşrlərin məzmununa dövlət nəzarətini qadağa edir.
Lakin Ali Qanunun, Mülki və ya Cinayət Məcəllənin müddəalarını pozan mətbu orqanın üzərinə məhkəmə yolu ilə həbs qoyula bilər. Almaniyada fikir, informasiya və mətbuat azadlığının sərhədləri, ilk növbədə Ali Qanunun 1-ci (şəxsin şərəf və ləyaqəti) və 2-ci (şəxsin azad inkişafı) maddələrində təmin edilmiş ümumi insan hüquqları ilə təyin edilir.
İsveçdə mətbuat azadlığı haqqında qanun 1766-cı ildə qəbul edilmişdir. 1949-cu ildə qəbul edilmiş müasir qanun 1812-ci ildə qəbul edilmiş mətbuat haqqında qanuna əsaslanır. İsveç Konstitusiyası üç hissədən ibarətdir: 1974-cü il hökumət haqqında müddəa, 1949-cu il mətbuat azadlığı haqqında Qanun, 1991-ci il söz azadlığı haqqında Qanun. Bu sənədlərin müddəaları bütün vətəndaşların fikir azadlığını və informasiya alınması və mübadiləsi azadlığını təmin edirlər. Burada əsas anlardan biri odur ki, Konstitusiyanın bir hissəsi olan mətbuat azadlığı haqqında Qanuna dəyişikliklər parlament tərəfindən iki dəfə müzakirə edilməlidir, həm də bu müzakirələr arasında parlament seçkiləri keçirilməlidir. Beləliklə, seçicilər təklif olunan dəyişikliklərin qəbul olunmasına təsir etmək imkanına malikdirlər.
Fikir azadlığının Konstitusiya ilə müdafiə edildiyi on ölkənin, İspaniyadan başqa, hamısı mətbuatın xüsusi müdafiəsini elan edirlər. İspan məhkəmələri oxşar müdafiəni nəzərdə tuturlar. İki ölkədə (Almaniya, İspaniya) mətbuat nümayəndələrinin informasiya almaq və yaymaq sahəsində başqalarından daha çox hüquqları olduğu hesab edilir. Bu hüquqlar, ictimai fikrin formalaşmasında və ictimai maraqlara xidmətdə mətbuatın xüsusi rolunun nəticəsidir. Bəzi ölkələrdə hökumətin üzərinə, Konstitusiyanın müddəalarına (Niderland, İsveç) və ya məhkəmə qaydalarına (Fransa, Almaniya) müvafiq olaraq, mətbuat azadlığı və fikir plüralizmini dəstəkləmək vəzifəsi qoyulmuşdur. İsveç Konstitusiyası mətbuat azadlığına daha güclü müdafiə təqdim edir.
Mətbuat azadlığının konstitusion əhəmiyyətinə görə, bu məsələləri tənzimləyən hüquq bir çox ölkələrdə qanunlar deyil, presedent əsasında qurulur.
Yalnız iki ölkə – Avstriya və İsveç, mətbuata dair əsas müddəalara malik mətbuat haqqında qanuna (İsveçdə bu Qanun Konstitusiya statusuna malikdir) malikdir. Almaniyada mətbuatla bağlı bir sıra federal qanunlar olduğu halda hər region özünün mətbuat haqqında fərdi qanununa malikdir və onlar hamısı bir nümunə üzrə qurulmuşdur. Fransada mətbuat haqqında bir neçə qanun fəaliyyətdədir, lakin onlar müxtəlif məcəllələrə aiddirlər. Yeddi ölkə mətbuat haqqında xüsusi qanuna malik deyil və yalnız mətbuata tədbiq edilən qanunları azdır (və ya heç yoxdur) (Avstraliya, Kanada, Niderland, Norveç, İspaniya, Böyük Britaniya, ABŞ).
Mətbuatın özünütənzimləmə institutları
Səkkiz ölkə mətbuatın könüllü özünütənzimləmə sisteminə malikdir. Bu səkkiz Avropa ölkəsindən altısı (Avstriya, Almaniya, Niderland, İsveç, Böyük Britaniya) və Avstraliya Mətbuat Şurasına malikdirlər. Kanadada belə orqan yoxdur, lakin beş əyalətin özünün Şurası, onlardan dördünün isə reqional şuraları vardır.
Mətbuat üzrə Milli Şuralar və ombudsmen institutları naşirlər, jurnalistlər və başqa mətbuat təşkilatları tərəfindən, jurnalistlərin iştirak etdikləri münaqişələrin qanuni tənzimlənməsinə dair ictimaiyyətin xahişlərinin artmasına cavab olaraq yaradılmışlar. Yeddi Milli Mətbuat Şurası içərisindən çoxu qərar qəbul edilərkən vəsait kimi istifadə olunan mətbuat kodeksi hazırlamışlar.

Janna Kurmanqaliyeva
Mədəniyyət, informasiya və ictimai həmrəylik Nazirliyinin kütləvi informasiya vasitələri departamentinin direktoru

Ardı var…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO