KİV-ə dövlət dəstəyi fondunun nümayəndə heyəti Avstriya təcrübəsini öyrənir

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, qurumun müşahidə şurasının sədri Umud Mirzəyev, şura üzvləri – “İki sahil“ qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Prezident Administrasiyasının mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov Avstriya səfərindədir.

AzərTAc-ın məlumatına görə, səfərin əsas məqsədi kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi ilə əlaqədar Avstriya təcrübəsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının strukturu və iş prinsipi ilə tanışlıqdır. Noyabrın 23-də nümayəndə heyəti mərkəzi ofisi Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun rəhbərliyi ilə görüşüb. Həmin gün Avstriya Kommunikasiya İdarəsində də görüş olub.

Noyabrın 29-da başa çatacaq səfər çərçivəsində nümayəndə heyəti Avstriya Teleradio və Telekom Tənzimləmə MMC-nin, Avstriya Qəzetləri Assosiasiyası, “Məktəbdə qəzet“ Cəmiyyətinin rəhbərliyi ilə görüşlər keçirəcək, Avstriyanın nüfuzlu gündəlik “Kurier“ qəzetinin redaksiyası ilə tanış olacaq.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO