KİV DF Yevlax şəhərində konfrans keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə oktyabrın 19-da Yevlax şəhərində Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən KİV-lər üçün konfrans keçirilib.Konfransda bölgənin 8 rayonunda fəaliyyət göstərən həm elektron, həm də çap KİV-lərin təmsilçiləri iştirak ediblər. Tədbirə, həmçinin, Bakıda fəaliyyət göstərən 15-ə yaxın ümumrespublika yayımlı KİV-lərin rəhbərləri və təmsilçiləri də qatılıblar.Konfrans “İnformasiya əldə etmək haqında Azərbaycan Respublikası qanunvericviliyinin izahı ilə bağlı regional KİV-lərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilib.Tədbirdə regional KİV-lərlə icra strukturlarının qarşılıqlı əməkdaşlığı məsələləri müzakirə edilib. KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli, Yevlax rayon icra hakimiyyətinin başçısı Qoca Səmədov KİV-lərlə icra strukturlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti yönündə fikirlərini bildiriblər.Bundan sonra KİVDF-nin eksperti, hüquqşünas Aydın Kərimov “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunu, ona əlavə və dəyişikliklər barədə məruzə ilə çıxış edib. O, informasiya əldə etmək haqqında qanunun medianın fəaliyyəti üçün yaratdığı üstünlükləri şərh edib.Konfransda, paytaxtda fəaliyyət göstərən ümumrespublika yayımlı KİV rəhbərlərindən “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, Trend İA baş redaktoru İlqar Hüseynov, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Olaylar İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Xalq” qəzetinin redaktoru Tahir Aydınoğlu çıxış edərək “İnformasiya əldə etmək haqında” Azərbaycan Respublikası qanununun jurnalistlərə informasiya əldə etmək sahəsində verdiyi imtiyazlardan danışıblar.Yevlaxda fəaliyyət göstərən “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Hüseynov mövzu ətrafında fikirlərini bölüşmüş, belə hüquqi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.Sonda KİVDF-nin icraçı direktoru Vüqar Səfərli regional KİV-lərin inkişafı üçün Fondun nzərdə tutuduğu layihələr barədə məlumat verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO