KİV-də seçkiqabağı kampaniyanın işıqlandırılması amerikalıları qane etmir

Pew Research mərkəzinin keçirdiyi sorğuya əsasən, amerikalıların 48%-i Demokratik partiyanın namizədi Barak Obamanın seçkiqabağı kampaniyası haqqında həddindən artıq informasiya aldıqlarını düşünür, 10% isə KİV-in qaradərili senatora çox az diqqət yetirdiklərini hesab edir.

Respublikaçı Con Makkeynin kampaniyasının işıqlandırılması da seçicilərin əksəriyyətini qane etmir. Belə ki, 38% Makkeyn haqqında az məlumat aldıqlarını desələr də, 26% əksinə düşünür. Yeri gəlmişkən, bir qədər əvvəl kampaniyaların qeyri-bərabər şəkildə işıqlandırılmasına dair bəyanatla Con Makkeynin seçki qərargahı da çıxış etmişdir. Namizədin bir neçə reklam çarxlarında onun qaradərili rəqibini mətbuatın sevimlisi, son çarxların birində isə Obamanı Peris Hilton və Britni Spirslə müqayisə edirlər.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO