““Daş yuxular” romanını Azərbaycan dilində də çap etdirəcəyəm”. Bunu Modern.az-a açıqlamasında sözügedən qalmaqallı əsərin müəllifi Əkrəm Əylisli deyib.
“Rus dilində çap olunması hər kəsə onu oxumaq imkanı vermir”.
Əkrəm Əylislinin sözlərinə görə, kitabı Azərbaycan dilində yazdıqdan sonra tərcümə olunmaq üçün Rusiyaya göndərib.
“Tərcümədən sonra bir çox məqamlar məni razı salmadı. Buna görə də məcbur olub özüm üzərində işlədim və bu zaman romana əlavələr etdim. Ona görə də yəqin ki, bir-iki aya romanın Azərbaycan dilində versiyasını düzəldib çap etdirəcəyəm”.
Yazıçı ona hücumlardan narazılıq edib.
“Özünüz də görürsünüz ki, mənə qarşı hücumlar var. Əgər bunlar ovqatımı təlx etməsə, səhhətimi korlamasa, düzəlişləri tez edib “Daş yuxular”ı çap edəcəyəm. Amma əvvəlki sağlamlığım indi yoxdur”.