Komaya düşən jurnalist – Ailəsi Sahib İslamovun sağalmayacağına inanmaq istəmir

“Əməkdaşımız Sahib İslamovun səhhətində hər hansısa dəyişiklik yoxdur. Həkimlərin rəyinə görə onun beyin hüceyrələri qəza nəticəsində tamamilə məhv olub. Belə xəstələrin müalicəsində isə tibb elmi acizdir. Vəziyyəti pis olaraq qalır. O, Şamaxı xəstəxanasında yerləşdirilib”.

Bunu Modern.az saytına açıqlamasında Avropa.info-nun baş redaktoru Ruslan Bəşirli jurnalist Sahib İslamovla bağlı vəziyyəti şərh edərkən deyib.

Ötən il avtomobil qəzası nəticəsində komaya düşən Sahib İslamovla bağlı həkimlərin rəyinə görə, onu dünyanın heç bir yerində müalicə etmək mümkün deyil. Sahib İslamov Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasından Şamaxı rayon xəstəxanasına köçürülüb.

R. Bəşirlinin sözlərinə görə Sahib İslamovun yaxınları ATV telekanalında yayımlanan “Ümid var” verilişinə müraciət etmək istəyirlər:

“Yaxınları Zaur Baxşəliyevin aparıcılıq etdiyi “Ümid var” verilişinə müraciət etmək istəyirlər. Elə sizin sayt vasitəsi ilə mən onların adından müraciət edirəm. “Ümüd var” verlişinin aparıcılarından xahiş edirəm ki, Sahibin məsələsini bir daha gündəmə gətirsinlər. Ailəsi Sahibin sağalmayacağına inanmaq istəmir. Hesab edirlər ki, İnşallah Sahibin sağalması üçün bir ümüd var. Ona görə də bu məsələni “Ümüd var” verlişinə çıxartmaq istəyirlər. Bunu da məndən xahiş ediblər. Mən də sizdən xahiş edirəm ki, dəstək verəsiniz, bunu bir kampaniya kimi aparaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO