KİVDF jurnalistlər üçün yeni MÜSABİQƏ elan etdi

Modern.az saytı xəbər verir ki, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2014-cü il Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsini elan edib.
Müsabiqəyə yazıların qəbulu 11 fevral 2014-cü il tarixində başlayır , 11 mart 2014-cü il tarixdə başa çatır.
Müsabiqədə hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilib.2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Qaliblərin (istiqamətlər üzrə 30 nəfər) hər biri 1000 manat, 10 yazı müəllifinə isə 300 manat məbləğində həvəsləndirici mükafat veriləcək. Qaliblər Fondun xüsusi Diplom və Təşəkkürnamələri ilə təltif olunacaqlar.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO