Kitabxana sistemində yeni texnologiyaların tətbiqinə başlanılacaq. Artıq bununla bağlı Mədəniyyət və Turizm Nazirliliyi tərəfindən kitabxanalara göstəriş verilib. İki həftə müddətində irəli sürüləcək təkliflər nazirlikdə müzakirə olunacaq.
Kitabxanalarda yeni sistemin təqdim olunan təkliflər əsasında qurulması nəzərdə tutulur. Kitabxana şəbəkəsində rəqəmsal daşıyıcılar, köçürmə, kataloqlaşdırma kimi proseslərin tətbiqi məqsədi ilə yeni yaradılacaq portal “Azərbaycan kitabxanaları” adlanacaq.