Bakıda gənclər yeni “5.45” kitab klubu yaradırlar. Modern.az-ın məlumatına görə, klubun yaradılmasının əsas məqsədi gənclər arasında kitaba olan marağı daha da artırmaqdır.
Klubun rəhbəri, gənc fəal Kamran Su bildirib ki, kluba istənilən şəxs üzv ola bilər. “Sadəcə üzvlük üçün müraciət edən şəxs bir manat ödəyir və bu zaman ona 4 rəqəmli qeydiyyat nömrəsi verilir. Kluba üzv olduqdan sonra istənilən kitabları pulsuz əldə edərək oxuma şansınız olacaq. Kitab götürən şəxsin sadəcə adı, nömrəsi və şəxsiyyət vəsiqəsinin surəti lazımdır”.
K.Su bildirib ki, üzvlərin verdiyi bir manat sayəsində kluba yeni kitablar alınacaq: “Sadəcə, oxumaq üçün götürülən kitablar 1 həftə ərzində oxuyub qaytarılmalıdır ki, başqaları da oxuya bilsin. İlk olaraq klubda 100 kitab olacaq. Klubun üzvləri artdıqca kitabların sayı da çoxalacaq”.
Qeyd edək ki, “5.45” kitab klubu “Yeraltından Kitablar” və “Ədəbsiz Ədəbiyyat”ın birgə layihəsidir. Ünvan: Nizami küçəsi, Xəmsə Kitab Evi, Bakı. Telefonlar :055 213 42 13; 055 248 44 90