Bu günlərdə “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə və qəzetin bir qrup əməkdaşı “Çağ” Öyrətim İşlətmələrində, eləcədə Bakı Özəl Türk Liseyində olublar. Qonaqları Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz qəbul edib. Səmimi şəraitdə keçən görüş zamanı A.Gömleksiz V.Rəhimzadəyə və qəzetin əməkdaşlarına liseylərin fəaliyyətə başladığı vaxtdan əldə etdikləri nailiyyətləri, uğurları barədə ətraflı məlumat verib.
Xatırladaq ki, ötən il Respublika Əl Oyunları Sarayında keçirilmiş IV Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında (İNEPO) mükafatlandırılan mətbuat rəhbərlərindən biri də məhz “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə olmuşdu.
Görüş zamanı növbəti ildə də keçiriləcəyi nəzərdə tutulan V Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasına (İNEPO) hazırlıqla bağlı bir sıra məsələlər barədə söhbətlər aparılıb. Sonra qonaqlar Bakı Özəl Türk Liseyinə gələrək liseyin sinif otaqları, laboratoriyaları, kitabxanaları və məişət şəraiti ilə tanış olublar.
“İki sahil” qəzetinin Baş redaktoru V. Rəhimzadə və qəzetin əməkdaşları liseydə şagirdlər üçün yaradılmış şəraitdən məmnun olduqlarını bildiriblər. Azərbaycan-Türkiyə Özəl Liseylərinə, eləcə də Bakı Özəl Türk Liseyinin kollektvinə yeni tədris ilində daha böyük nailiyyətlər arzulayıblar.