“İki sahil ” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“İki sahil” qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb.

Modern.az-ın məlumatına görə, bu gün işıq üzü görən 184 səhifəlik xüsusi buraxılış Azərbaycan neft-qaz sənayesinin 18 ildə keçdiyi inkişaf yolunu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

Xüsusi buraxılışın üz qabığında Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikri əksini tapıb. Xüsusi buraxılışda dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2012-ci il tarixli “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında”, “Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında”, “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” sərəncamları yer alıb. Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 18 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Xüsusi buraxılışda ARDNŞ prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbriki də yer alıb. ARDNŞ prezidentinin “Neft-qaz sənayesi Azərbaycanın tərəqqisinə xidmət edir” yazısı da xüsusi buraxılışda yerləşdirilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO