“KATV 1″in yayımladığı kanalların siqnalları mütəmadi olaraq itməyə başlayıb.
SalamNews-un İnterAz-a istinadən verdiyi xəbərə görə, abunəçilərin ödənişlə istifadə etdikləri yayım paketlərində olan bəzi tv kanallar şifrə tələb edib. Həmçinin, ekranda təqdim olunan 4 xidmət telefonu ilə də əlaqə saxlamaq mümkünsüz hala gəlib.
Məsələyə münasibət bildirən KATV 1-in mətbuat xidmətinin rəhbəri Pərvin Sadiqov deyib ki, 50 dəqiqəlik nasazlıq həllini tapıb. Nasazlıq şirkətdən asılı olmayan səbəblərdən yaranıb.