Kəmaləddin Heydərovun oğlu Azərbaycan jurnalistlərini qınayıb

Avropa Azərbaycan Cəmiyyətinin sədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov yerli və əcnəbi media orqanlarında Azərbaycanla bağlı həqiqətəuyğun olmayan xəbərlərin yer alması məsələsindən danışıb.

Modern.az-ın məlumatına görə, Tale Heydərov APA TV-yə müsahibəsində deyib: “Bu məsələyə iki cür baxmaq olar. Əvvəlcə onu deyim ki, xarici media, xüsusilə erməni lobbisinin təsirində olan media həmişə Azərbaycan uğrunda görülən işləri pisləmək niyyətindədir və bunları biz təbii qarşılamalıyıq. Amma təəssüf ki, bəzi Azərbaycan jurnalistləri həqiqəti araşdırmadan xarici mediada yazılanları olduğu kimi yerli mətbuatda dərc edirlər. Bu, təqdirəlayiq hal deyil. Amma digər tərəfdən hər bir jurnalistin obyektiv şəkildə müəyyən məsələləri araşdırıb, sübutlarla istənilən mövqeyi nümayiş etdirməyə haqqı var. Mən də bu haqqı dəstəkləyirəm. Hər bir jurnalist istər azərbaycanlı, istər xarici olsun, azad şəkildə öz fikirlərini, görüşlərini yaza bilər. Mən buna çox normal baxıram”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO