Səfərin pulunu Norveç Xarici İşlər Nazirliyi verir
Bakıdan Naxçıvana gedən bir qrup jurnalist və hüquq müdafiəçisi artıq Muxtar Respublikanın hava limanında yerə eniblər.
Simsar.az-ın məlumatına görə, qrup üzvləri hava limanından birbaşa Şərur rayonuna hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin məhkəmə prosesində iştirak etməyə gedirlər.
Bundan başqa, qrup üzvləri Muxtar Respublikada ümumi vəziyyətlə tanış olacaqlar. Bir günlük səfər zamanı rəsmi qurumlarla görüşlərə də cəhd olunacaq. Səfər Norveç xarici işlər nazirliyinin dəstəklədiyi layihə çərçivəsində həyata keçirilir.
Səfər haqqında məlumatları müntəzəm şəkildə təqdim edəcəyik.