İsrail sərkərdələri addımlarını fələstinlilərin İsrail ərazilərini raket atəşinə tutmaqda davam etmələri ilə izah ediblər. İsrail tərəfinin sözlərinə görə, Qəza bölgəsini nəzarətdə saxlayan HƏMAS atəşkəsin əldə olunması istiqamətində heç bir iş görmür. Foreign Press Association təşkilatının nümayəndələri isə onların əsas gətirdiyi səbəbi inanılmaz adlandırıblar. Onların fikrincə, ərazidə humanitar xidmətlərin fəaliyyətinin davam etdirməsi Qəza bölgəsinə təhlükəsiz girişin mümkünlüyündən xəbər verir. Bundan başqa, jurnalistlər Qəza bölgəsində hadisələri daha şiddətli qarşıdurmalar dövründə işıqlandırdıqlarını vurğulayırlar.
Mənbə: lenta.ru