«Dünya baş verən hadisələri bilməli və biz həm Rusiya, həm də Gürcüstanı kütləvi informasiya vasitələrinə sərbəst fəaliyyət göstərmək, jurnalistlərə isə hadisələri işıqlandırmaq üçün şərait yaratmağa çağırırıq. Qeyd edək ki, avqustun 9-dan Gürcüstan hakimiyyəti ölkə ərazisində Rusiya telekanallarının yayımını dayandırıb və Runet saytlarına çıxışı bağlayıblar. Bu addımın zəruriliyini isə onlar Rusiya tərəfindən aparılan «informasiya müharibəsilə» əsaslandırıblar. Avqustun 18-dən isə Gürcüstan ərazisində RTVi rusdilli peyk kanalının yayımı qadağan edilib.
Mənbə: lenta.ru