Jurnalistlərin avtobus nəqliyyatından pulsuz istifadəsi mümükün deyil – Nəqliyyat Nazirliyi

“Jurnalistlərin avtobus nəqliyyatından pulsuz istifadəsi mümükün deyil”. Bunu SalamNews-a Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, bununla bağlı bir sıra qrumlar tərəfindən dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət edilib: “Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadəsi sovet dövründə olub. Ancaq indiki şəraitdə, bu, mümkün olan şey deyil. Azərbaycanda avtobusdan sərnişindaşıma nəqliyyatı sahibkarlar tərəfindən həyata keçirilir. Ölkədə özəl sahələrdə heç bir təbəqə üçün güzəşt nəzərdə tutulmayıb”.

N.Həsənov vurğulayıb ki, jurnalistlərin avtobuslardan pulsuz itifadəsinə görə edilən müraciətlərə Nəqliyyat Naziriliyi tərəfindən müsbət cavab verilməyib.

Paylaş

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO