Pərviz Həşimli nazirdən Naxçıvana gedəcək hüquq müdafiəçilərinin təhlükəsizliyinə təminat verilməsini xahiş edib
Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru, jurnalist Pərviz Həşimli daxili işlər naziri Ramil Usubovla görüşüb.
Bu barədə Modern.az-a P.Həşimlinin özü məlumat verib.
DİN rəhbəri ilə keçirilən görüşdə P.Həşimli insan hüquq və azadlıqları ilə bağlı bəzi problemləri nazirin diqqətinə çatdırıb.
«Azadlıq» qəzetinin baş redoktoru Qənimət Zahidin ailəsini Fransaya aparması ilə bağlı narahatlığı da DİN rəhbərinin diqqətinə çatdıran P.Həşimli jurnalistlərlə bağlı bəzi problemləri də qabardıb. P.Həşimli həmçinin, bir qrup hüquq müdafiəçisinin Naxçıvana gözlənilən səfəri zamanı onların təhlükəsizliyinə təminat verilməsini nazirdən xahiş edib.
Öz növbəsinə isə Ramil Usubov Azərbaycanda hər bir vətəndaşın təhlükəsizliyinə dövlət tərəfindən təminat verildiyini deyib.
Nazir polis tərəfindən insan hüquqlarının qorunduğunu və ortaya çıxan bir hər hansı bir problemi diqqətində saxladığını bildirib.
Modern.az