Jurnalistlər üçün yeni müsabiqə elan olunub

“Lider qadınlar” İctimai Birliyi və Parlament Jurnalistləri Birliyi media nümayəndələri üçün müsabiqə elan edib. Modern.az saytının məlumatına görə, müsabiqə “Azərbaycanda qadın hüquqları” və “Azərbaycan qadınının obrazı” mövzularında keçirilir. Yazılar 2012-ci il yanvarın sonunadək qəbul ediləcək.
Gələn il 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində isə müsabiqənin qalibləri elan olunacaq.
Təşkilatçılar hər istiqamət üzrə 3 qalibin seçilməsini nəzərdə tuturlar. Qaliblərə diplom və yüksək məbləğdə pul mükafatı veriləcək.
Mətbuatda dərc edilən yazılar parlament Jurnalistləri Birliyində (ünvan: Bakı şəhəri, Şahin Mustafayev küçəsi 27/121) qəbul ediləcək

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO