Jurnalistlər üçün yeni müsabiqə – 6400 manat mükafat fondu var

Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fərdi jurnalist yazıları üçün birgə yazı müsabiqəsi elan edib.

Fonddan Modern.az-a bildirilib ki, müsabiqənin məqsədi Nizami rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqə “Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər“ mövzusunda keçirilir. Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazıların qəbulu 12 iyun 2012-ci il tarixində başlayır, 12 iyul 2012-ci il tarixdə başa çatır.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması aşağıdakı kimi olacaq:

I -ci yer üçün bir,

II -ci yer üçün iki,

III -cü yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək.

I yer – 1 000 manat (1 000 manat)

II yer – 800 manat (1 600 manat)

III yer – 600 manat (1 800 manat)

Həvəsləndirici mükafat – 200 manat (2 000 manat)

Qaliblər, həmçinin Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO