ATƏT-in Bişkek ofisi 17 may-6 avqust tarixləri arasında Bişkekdə (Qırğızıstan) keçiriləcək jurnalistlər üçün Mərkəzi Asiya Yay Proqramı müsabiqəsini elan edir.
“Media forum” saytı xəbər verir ki, “Deutsche Welle Akademie”, Bişkekdəki ATƏT Akademiyası ( Finlandiya höküməti tərəfindən dəstəklənir) və Demokratiya Üçün Media (Cenevrə) tərəfindən maliyyələşdirilən proqram 12 həftə davam edəcək. Sonda iştirakçılara sertifikat veriləcək.
İşçi dili rusca olan proqramın məqsədləri çap, radio və internet əsaslı mətbuatdan istifadə yoluyla Mərkəzi Asiyaya istiqamətlənmiş irihəcmli analitik işin yaradılması üçün bacarıqları inkişaf etdirmək, Mərkəzi Asiyada jurnalistlər şəbəkəsi yaratmaq, Mərkəzi Asiya mediasında çalışan jurnalistlərə işlərinin keyfiyyətini yüksəltməyə kömək etməkdir.
Proqrama qatılmaq istəyən şəxslər çap media, radio və onlayn nəşrdə işləyən, ən azı 2 il iş təcrübəsinə və kompüter biliklərinə malik professional jurnalistlər olmalıdırlar. İki və daha artıq mətbuat sahəsində çalışmış jurnalistlərin olması daha arzuolunandır.
Proqramda iştirak etmək istəyən namizədlər ərizə formasını doldurmalı və əlavələrlə birlikdə aprelin 1-dək [email protected] (Maksim Ryabkov, Direktor, ATƏT Akademiyası, Bişkek) ünvanına göndərməlidirlər.
Namizədlər ərizədən başqa tərcümeyi-hal (CV), proqramda iştirak etmə səbəbini izah edən qısa məktub, namizədin 2008-2009-cu illərdə istehsal etdiyi üç yayım (lent yazısı) və ya məqalə, hal-hazırda işlədiyi media təşkilatından onun bütün proqram müddəti boyunca işdən icazəli olacağını təsdiq edəcək məktub da təqdim etməlidir. Bundan əlavə, namizəd proqramı bitirdikdən sonra ən azı bir il müddətinə öz münasib media təşkilatında işləyəcəyinə dair bir neçə zəmanət təqdim etməlidir. Seçilmiş namizədlər yaşayış və əlavə xərclər üçün 350 avro pul alacacaqlar. Proqramı uğurla bitirən jurnalistlərin Rusiya və Almaniyada təcrübə imkanları olacaq.
Əlavə sullar olarsa, Bişkekdəki ATƏT Akademiyası ilə əlaqə saxlamaq mümkündür. (Prospekt Botoniçeskii, 1A, Bişkek. Tel.: (996) 312 54-32-00. Email: [email protected])
«Media forum»