Milli.Az xəbər portalının “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Mətbuat İnstitutunun direktoru Elison Makenzi açıqlayıb. O, bu il jürnalistlərin fəaliyyəti üçün ən təhlükəli ölkənin Meksika olduğunu bildirib. 2011-ci ildə orada cinayətkar qrupların fəaliyyətini araşdıran ən azı 10 reportyor qətlə yetirilib.
8 jurnalist İraqda, 6-sı isə Pakistanda dünyasını dəyişib.
Makenzi Şimali Afrika və Yaxın Şərq ölkələrinin, xüsusilə Liviya, Tunis və Misirin KİV əməkdaşları üçün təhlükəli ölkələr olduğunu bildirib.
Milli.Az