Beynəlxalq Media Təhlükəsizliyi İnstitutu aprel ayında 17 media işçisinin öldürüldüyünü açıqlayıb. İnstitutun yaydığı məlumata görə, bu ay jurnalistlər üçün son 5 ildə ən qanlı ay olub.
Qurumun hesabatında qeyd edilib ki, 2010-cu il başlayandan bəri 22 ölkədə 42 media işçisi həyatını itirib. Ölən jurnalistlərin çoxunun isə cinayətə qurban getdiyi və ən azı 27-nin peşə borcu üzündən qətlə yetirildiyi vurğulanıb.