“Azercell Telekom” bu il martın 4-dən etibarən “Mediacell” tarif paketini istifadəyə verib. Bu tarif paketi Azərbaycan Respublikasında fəaliyyət göstərən və rəsmi qeydiyyatdan keçmiş qəzet, jurnal, televiziya, radio və internet nəşrlərində işləyən jurnalistlərə aiddir.
“Azercell” tarif paketini işə salanda bəyan etmişdi ki, “Mediacell” mobil telefondan çox istifadə edən təbəqələrdən biri – jurnalistlərin daha sərfəli danışmasına imkan yaradacaq. Onlar həm şəbəkəyə daxil olan abunəçilərlə, həm də istənilən istiqamətdə etdikləri digər zənglərin qiymətində güzəşt əldə edəcəklər.
“Azercell”in “Dövlətcell” tarif paketi də var və ondan istifadə edən abunəçilərə öz aralarında 1 dəqiqə = 2 qəpik danışmaq imkanı, üstəlik hər ay 4 saatadək danışıq hədiyyə verilir.
“Dövlətcell” tarif paketindən istifadə edən abunəçilərə ölkə daxilindəki zənglərə aylıq abunə haqqı yoxdu, tarifdaxili danışıq 1 dəq= 2 qəpik, şəbəkədaxili 1 dəq+6 qəpik, şəbəkəxarici 1 dəq+ 9 qəpiyə başa gəlir.
“Azərcell” “Dövlətcell” tarif paketindən istifadə edən abunəçilərə başqa əlavə xidmətlər də göstərir. Belə ki, bu tarif paketindən istifadə edən abunəçilər 1 SMS-in qiymətinə görə 2 qəpik, 1 MMS-ə 10 qəpik, 1MB internet-ə 71 qəpik çıxılır.
“Mediacell” tarif paketi də “Dövlətcell” tarif paketinin tariflərindən o qədər fərqlənmir. Belə ki, “Mediacell” paketindən istifadə edən abunəçilərə aylıq abunə haqqı yoxdu, tarifdaxili danışıq 1 dəqiqə=2 qəpik, şəbəkədaxili 1 dəq=6 qəpik, şəbəkəxarici 1 dəq=10 qəpikdir. “Mediacell” tarif paketindən istifadə edən abunəcilərə “Azərcell” digər xidmətlər də göstərir. Belə ki, “Mediacell” tarif paketindən istifadə edən abunəçilərə 1 SMS-in qiyməti 2 qəpik, 1 MMS 10 qəpik, 1 MB internet 35 qəpik hesablanıb.
Modern.az-ın əməkdaşı “Mediacell” tarif paketi barədə jurnalistlərdən münasibət öyrənib.
Modern.az saytının əməkdşı Mail Ağaxanov:
““Azercell” iki ay bundan əvvəl bizim redaksiyamıza da “Mediacell” nömrələri verib. Bu nömrələri paylayanda bizə bildirdilər ki, “Mediacell” tarif paketinin digər tarif paketlərindən üstünlüyü çoxdur. Dedilər ki, ən birincisi bu tarifə qoşulanlar öz aralarında minimum qiymətə yəni 1 dəq= 2 qəpiyə danışmaq imkanı var. Biz də bu nömrələri sevinə-sevinə götürdük. Mən təxminən bir ay idi “Mediacell” nömrəsindən istifadə edirdim, öz müşahidələrimdən bunu görürəm ki, “Mediacell” tarif paketi əvvəllər işlətdiyim “Sim-Sim” tarif paketindən heç də fərqlənmir və hətta sərf eləmir. Mən “Mediacell” paketindən imtina edib yenidən əvvəl işlətdiyim “Sim-Sim” nömrəsinə keçdim”.
“Azadlıq” qəzetinin redaktoru Sucədddin Şərifov: “Demək olar ki, bizim redaksiyamızda içi mən daxil olmaqla “Azərcell”in redaksiyalara payladığı “Mediacell” nömrələrindən istifadə edirik. Hər- halda “Sim-Sim”dən daha sərfəlidi ki, biz də ondan istifadə edirik. Redaksiyamızın işçilərinin əksəriyyətində “Mediacell” aktivdi. Bununla yanaşı, dugər mobil operatorlardan da istifadə edirik. “Medicell”dən digər mobil operatorlara yəni “Bakcell” və “Nar” nömrələrinə zəng eləmək sərfəli olmadığı üçün biz “Bakcell”ə “Bakcell” nömrələrilə zəng edirik, “Nar” nömrəsinə isə “Nar” nömrəsindən zəng edirik”.
“Kaspi” qəzetinin redaktoru İlham Quliyev: ““Azərcell”dən bizə müraciət gəlmişdi ki, “Mediacell” nömrələri götürün, biz imtina etdik, götürmədik. Sözün düzü götürməməyin səbəbini xatırlamıram. Ancaq bunu bilirəm ki, redaksiyamızda digər mobil operatorlardan istifadə edənlər daha çoxdu”.
“Xalq Cəbhəsi” qəzetinin redaktoru Ağa Cəfərli: “Xüsüsi maraq göstərməmişik, ona görə də istifadə etmirik. “Azərcell”dən bizə müraciət olunmuşdu “Mediacell” nömrələrini götürək. Biz tariflərlə maraqlandıq və gördük ki, hazırda işlətdiyimiz “Sim-sim” tarif paketi ilə “Mediacell” tarif paketi arasında elə də böyük bir fərq yoxdur. Ona görə də biz “Mediacell” nömrələrindən imtina etdik”.