Yeri gəlmişkən, ötən gün Avropa Birliyi də Azərbaycanda jurnalistlərin hələ də həbsxanalarda olmasından narahatlıq keçirdiyini ifadə edib. Bunu noyabrın 19-da «Turan» agentliyinə Avropa Birliyi ali komissarı Xavyer Solananın təmsilçisi Kristina Qallak bəyan edib. «Azad mətbuat demokratik cəmiyyətin əsas dəyərlərindən biridir və biz bu istiqamətdə Azərbaycanla əməkdaşlıq aparmaq niyyətindəyik. Hüquqi dövlət qurmaq baxımından ölkə hələ çox işlər görməlidir», – deyə Qallak əlavə edib.
Mənbə: «zerkalo.az»