Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət edilib.
Modern.az saytının əməkdaşının verdiyi məlumata görə, ziyarət zamanı mətbuat nümayəndələri polis tərəfindən abidəyə yaxın buraxılmayıb. Bu məsələdə yalnız AzTV və AzərTAc-ın əməkdaçlarının “bəxti gətirib”.
Jurnalistlər abidənin yanına yalnız nazirlər və digər rəsmilər gedəndən sonra buraxılıb ki, bu da onların ciddi narazılığına səbəb olub. Bu zaman jurnalistlərlə polislər arasında gərginlik də yaşanıb.