“Jurnalistlər üçün tikilmiş binanın mənzilləri iyulun 22-də paylanacaq”

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlər dövlət hesabına tikilmiş yaşayış binasından danışıb.
“Media forum”un məlumatına görə, Əli Həsənov Mətbuat Şurasının qurultayında bildirib ki, Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzilləri iyulun 22-də paylanacaq. O əlavə edib ki, Mətbuat Şurasına hörmət əlaməti olaraq, onun nüfuzunu bir daha təsdiqləmək üçün bu qurumun təqdimatı olmadan bir jurnalistə belə, mənzil verilməməsi qərara alınıb:
“Bu həm də ona görədir ki, “reket” jurnalistlərin mənzil almaq imkanı olmasın”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO