Jurnalist təşkilatı ailə dəyərlərini təbliğ edəcək

Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Məcburi köçkünlər arasında ailə dəyərlərinin təbliği” adlı layihənin icrasına başlayıb. Bu barədə mətbuata layihənin direktoru Seymur Verdizadə məlumat verib.

S.Verdizadə deyib ki, layihənin əsas məqsədi məcburi köçkünlərin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq və gənc ailələrə yüksək mənəvi dəyərləri aşılamaqdır: “Layihə oktyabr-dekabr aylarında Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsində həyata keçiriləcək. Layihə çərçivəsində məcburi köçkünlərin iştirakı ilə seminarın keçirilməsi və maarifləndirici broşürun çapı nəzərdə tutulur”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO