Jurnalist Seymur Həzi 5 il azadlıqdan məhrum edildi

Yanvarın 29-da Abşeron rayon Məhkəməsində jurnalist Seymur Həzinin işi üzrə proses keçirilib. Modern.az saytı xəbər verir ki, məhkəmənin hökmü ilə jurnalistə 5 il iş kəsilib. 

Yanvarın 22-də Abşeron rayon məhkəməsində prokuror Seymur Həziyə 6 il iş istəmişdi.

Seymur Həzi 2014-cü il avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. O, Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi, Məhərrəm Həsənov isə 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunub.

 Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu bildirir.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO