“Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşdüm. Halı çox pis idi. Bildirdi ki, dünən məhkəmədəki çıxışına görə ona kobud şəkildə irad bildiriblər, onu karsa salmaqla hədələyiblər.”
SalamNews-un məlumatına görə, bunu vəkil Elçin Sadıqov bildirib.
Vəkil deyib ki, bir həftə əvvəl ailəsi ilə görüş və telefon danışığına icazə verilməsi və ona qarşı MTN-nin istintaq təcridxanasında olan qanunsuz qanunsuz əməllərdən şikayət edib bu günə qədər heç bir cavab gəlməyib. Bu gün tezdən tələb edib ki, ailəsi ilə görüşə və ya telefon danışığına icazə verilsin, Ona icazə verilməyib. Buna görə Pərviz Həşimli bu gün səhər tezdən təcridxana rəisinə məlumat verməklə aclıq aksiyasına başlayıb. Pərvizin baş hərlənirdi. Daha sonra bildirdi ki, diş ağrısından çox əziyyət çəkir. Dişinə plomb vurulmalıdır. Lakin ona bildirirlər ki, orada dişə plomb vurmurlar, yalnız çıxardırlar.
Xatırladaq ki, Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma kimi əməlləri təkrar törətməkdə və qaçaqmalçılıqda günahkar bilir. Hər iki şəxs MTN-in istintaq təcridxanasında saxlanır.
– See more at: http://salamnews.org/az/news/read/122173#sthash.81eVhmjZ.dpuf