Jurnalist olmaq istəyən bakalavrların qabiliyyət imtahanı başlayıb – TQDK

Bu gündən başlayaraq “Jurnalistika” ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanına qeydiyyatdan keçmiş bakalavrlar qabiliyyət imtahanı verirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən SalamNews-a verilən xəbərə görə, aprelin 22-dən 24-dək davam edəcək imtahan komissiyanın binasında keçirilir. Qeydiyyatdan keçmiş bakalavrlar 18 aprel tarixindən başlayaraq TQDK-nın internet saytında müvafiq səhifəyə (http://eservices.tqdk.gov.az/erizemag/) daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib buraxılış vərəqəsində göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Bakalavrlar qabiliyyət imtahanına gələrkən özləri ilə şəxsiyyətlərini təsdiq edən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni gətirməlidirlər. Bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidir. Qabiliyyət imtahanına qeydiyyatdan keçmiş, lakin dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da qabiliyyət imtahanında iştirak etməlidirlər.

– See more at: http://salamnews.org/az/news/read/123032#sthash.ttujHpqU.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO