Jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı cinayət işi başlanıb

Modern.az xəbər verir ki, bu barədə APA-ya Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Lətif Hüseynov məlumat verib. Bölmə rəisinin dediyinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.   

 

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb.   Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.  

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO