“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoya itki üz verib. Modern.az-ın məlumatına görə, jurnalistin babası Ağahüseyn kişi dünyasını dəyişib. Elşad Paşasoyun sözlərinə görə, Ağahüseyn kişi iyunun 17-də nəvəsi toy günündə gözlərini əbədi yumub”.
“Bu, mənim Ağahüseyn babamla son fotomdur. İyunun 6-da, əmim qızının toyunda ürəyimizə damıbmış kimi birgə şəkil çəkdirmişdik. Bu ayrılıqdan iki həftə sonra babam bizi həmişəlik tərk etdi…”-deyə jurnalist bildirib.
Allah rəhmət eləsin.