Jurnalist Anar Niftəliyev prokurorluğun qərarından məmnundur

“Məmnun qaldım ki, ekspertizanın rəyi prokurorluğu qane etməyib”. Bunu Modern.az-a açıqlamasında jurnalist Anar Niftəliyev deyib. O, mərhum həyat yoldaşı tənqidçi Elnarə Tofiqqqızının ölümü ilə bağlı yeni ekspertizanın təyin edilməsinə münasibət bildirərkən qeyd edib ki, əsas iradı ilkin rəydə “MediSina” klinikası həkimlərin məsuliyyət dərəcələrinin bölünməməsinə idi.
“Ekspertiza konkret fakt üzrə rəy verib və müəyyənləşdirib ki burda nə olub. İstintaq orqanının tapmaq istədiyi mütəxəssislərdən cavabını bilmək istədiyi suallar ilk ekspertizanın rəyində əhatə olunmayıb. Ekspertiza rəyi ilkin mərhələyə qədər doğru aparılıb. Amma natamamdır. İstintaqı narahat edən istintaqın araşdırıb öyrənməli olduğu və bu istintaqın gedişində əsas faktora çevrilərdi ki, orda olan suallara cavab verilsin. Ekspertizanın rəyi suallara əhatəli cavab verəndən sonra prokurorluğa daxil olacaq. Özüm də zərərçəkən kimi onlarla tanış olmağa hüququm var. Tanışlıqdan sonra ətraflı danışacağam”, – deyə A. Niftəliyev vurğulayıb.

Qeyd edək ki, Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, E. Tofiqqızının ölümü ilə bağlı keçirilən komisyon ekspertizanın rəyi istintaqı qane etməyib.

Təqdim edilən rəydə ciddi boşluqlar və natamam faktlar olduğu əsas götürülərək, yenidən ekspertiza keçirilməsinə qərar verilib.

Komisyon rəydə bildirilib ki, aparılan ekspertiza ilə E. Tofiqqızı üzərində anestezioloqun düzgün anesteziya əməliyyatı aparmadığı, nəticədə xəstənin ağciyərinin funksiyasının pozulduğu və onun tənəffüs çatışmazlığından vəfat etdiyini müəyyən olunub.

E. Tofiqqızının həyat yoldaşı həyat yoldaşı Anar Niftəliyev də komisyon rəylə razılaşmayaraq, baş prokurora müraciət edib.

1977-ci il təvəllüdlü E. Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO