“Jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi aktual məsələ deyil”. Modern.az-a açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) sədri Müşfiq Ələsgərli belə deyib.
“Zaman-zaman Azərbaycan jurnalistlərinin sosial durumlarının yaxşılaşdırılması, onlara hansısa formada yardım göstərilməsi üçün ən müxtəlif təşəbbüslər irəli sürülür. Yəni jurnalistlərin ictimai nəqliyyatda pulsuz gedişi bir zamanlar üçün aktual səslənirdi. Çünki həmin dövrdə jurnalistlərin sosial durumlarının yaxşılaşdırılması üçün kompleks problemlər yox idi. Amma artıq son illərdə o qədər ciddi addımlar atılır ki, etiraf edək ki, artıq ictimai nəqliyyatdan pulsuz istifadə təklifi atılan addımların yanında bir az kölgədə qalan təklifə oxşayır”.
M. Ələsgərlinin sözlərinə görə, nəqliyyatın özəlləşməsinin də məsələnin aktuallaşmamasında da rolu var: “Sovet vaxtında jurnalistlərə nəqliyyatdan istifadə olmuşdu. Amma onda bu sektor dövlətin mülkiyyəti idi. İndi ictimai nəqliyyat sektorunun da çox hissəsi özəlləşdirilib. Xəttə buraxılan nəqliyyatların çoxu özəl sektoru təmsil edirlər. Bax, bu baxımdan da ola bilsin bu təklif hələ ki aktuallaşmır”.