İranın NasrTv kanalının saytı Xocalı soyqırımı ilə bağlı videorolik yerləşdirib

İranın NasrTv kanalının saytı Xocalı soyqırımı ilə bağlı videorolik yerləşdirib İranın NasrTv kanalının eyniadlı saytı Xocalı soyqırımı ilə bağlı hazırladığı videoroliki yerləşdirib.

SalamNews xəbər verir ki, cəmi 2 dəqiqə 23 saniyə davam edən rolikdə Azərbaycanın Xocalı şəhəri sakinlərinin başına gətirilən müsibətlər fakt, rəqəm və görüntülərdən məharətlə istifadə hesabına tamaşaçılara dəqiq çatdırılır. İngilis dilində səsləndirilən və alt titrləri Türkiyə türkcəsində verilən ekran əsəri hadisələrin anlaşıqlı edir və yayım coğrafiyasını genişləndirir. Rolikin sonunda “20 ildən çox zaman ərzində işğal və təzyiqə məruz qalan Azərbaycan xalqı ədalət tələb edir” fikri xüsusi vurğulanır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO