Onlayn KİV-də mənbəyi bəlli olmayan xəbərlərin yayılması yolverilməzdir.
SalamNews-a açıqlamasında bunu “Yeni Media Jurnalistləri” İB-nin sədri Xəqani Səfəroğlu deyib.
Onun sözlərinə görə, son aylar bəzi internet saytlarında və aqreqator portallarda dezinformasiyalar, mənbəyi bilinməyən xəbərlər ötürülməyə başlayıb: “Belə xəbərləri yayan saytların əsas hədəfi tirajladıqları yalan məlumatları tanınmış və mötəbər xəbər saytlarının lentinə düşməsinə çalışmaqdır. Bu ənənə oxucuları çaşdırmaqla bərabər, internet medianın təşəkkülünə ziyan vuran bir prosesə çevrilməkdədir. Həm də peşəkar jurnalist işinə kölgə salmaqla yanaşı, inkişaf etməkdə olan intrenet KİV-lərə etimadsızlıq sindromu aşılayır. Çətin də olsa, bunun qarşısı alınmalıdır. Amma yeni media sahəsində çalışan nüfuzlu və peşəkar media rəhbərlərinin və internet jurnalistlərinin vahid mövqeyi bu “dezo” selinin qarşısını almaq üçün ciddi rol oynaya bilər.”
Müstəqil jurnalist Əli Zülfüqaroğlu qeyd edib ki, Azərbaycan müharibə şəraitində olduğu üçün spesifik problemləri var: “Bu səbəbdən də mükəmməl kriteriyaya söykənən, tam aydınlığı ilə seçilən qanun qəbul olunmalıdır. Belə olarsa,hər kəs nə yazdığını biləcək və bəhanəyə yer qalmayacaq.”
– See more at: http://salamnews.org/az/news/read/140059#sthash.IOhlqjDE.dpuf