“İnterfaks-Azərbaycan” agentliyi onilliyini qeyd edir

“İnterfaks-Azərbaycan” agentliyi onillik yubileyini qeyd edir.

SalamNews-un xəbərinə görə, Prezident İlham Əliyev bu münasibətlə agentliyə təbrik məktubu göndərib. Məktubda agentliyin baş direktoru Aleksandr İvanovu və təşkilatın kollektivini təbrik edən ölkə rəhbəri onlara xoşbəxtlik, firavanlıq və Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən hadisələrin işıqlandırılmasında uğurlar arzulayıb.

Məktubda deyilir: “Ötən fəaliyyəti ərzində agentlik aparıcı milli KİV olmaqla yanaşı, həmçinin Azərbaycan haqqında obyektiv informasiyanın etibarlı mənbəyi hesab olunub və böyük ictimai əhəmiyyət əldə edib. Bu gün müasir Azərbaycanın reallıqlarını işıqlandıran “İnterfaks-Azərbaycan” operativlik, etibarlılıq və obyektivlik siyasətinə sadiqdir. İyirmi il əvvəl yaradılmış “İnterfaks” SSRİ-nin tənəzzülü dövrünə təsadüf edən çətin tarixi mərhələdə unikal alternativ informasiya mənbəyi olub. Heydər Əliyevin Kommunist partiyasından çıxışı ilə bağlı bəyanatını və respublikada baş verən digər mürəkkəb siyasi proseslər barədə obyektiv informasiyanı məhz sizin agentliyiniz verib.”

SalamNews İnformasiya Agentliyinin kollektivi həmkarlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır.

– See more at: http://az.salamnews.org/az/news/read/72578/ldquointerfaks-azerbaycanrdquo-agentliyi-onilliyini-qeyd-edir/#sthash.DUeAGPgk.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO