Qusar rayonunda peşə fəaliyyətini yerinə yetirən İnterAz TV və Salamnews İA-nın bölgə müxbiri Rauf Əhmədov və operatoru Baba Xələfova hücüm edən Nəqliyyat Departamentinin inspektoru Abdullayev Tural Zahid oğlu işdən azad edilib.
Bu barədə SalamNews-a Nəqliyyat Nazirliyinin 2 saylı Quba Regional bölməsinin rəisi Samir Ələsgərov məlumat verib.
O bildirib ki, hadisədən sonra mayın 19-da Tural Abdullayev barəsində ciddi tədbir görülüb və o, tutduğu vəzifədən uzaqlaşdırlıb. Məlumatı Qusar rayon prokurorunun böyük köməkçisi Anar Salehov da təsdiqləyib.
Xatırladaq ki, mayın 13-də Bakı-Quba-Rusiya sərhədi yolunun Qusar rayon ərazisində İnterAz TV və SalamNews İnformasiya Agentliyinin şimal bölgə müxbiri Rauf Əhmədov və operatoru Baba Xələfov Nəqliyyat Nazirliyi əməkdaşlarının Ford Tranzit markalı avtomobili qovduqlarının şahidi olub. Bu zaman qəza şəraitinin yarandığını görən tv əməkdaşları həmin faktı lentə alıblar. Avtomobili saxlaya bilməyən demortament işçiləri bu dəfə jurnalistlərin maşınını saxlayıb. Rauf Əhmədov nə üçün onları saxladıqlarını soruşduqda demortamentin inspektoru Tural Abdullayevin hücumuna məruz qalıb. Peşə fəaliyyətini yerinə yetirən jurnalisti hədələyən departament işçisi ona yumruq zərbələri endirməkdən belə çəkinməyib.
– See more at: http://az.salamnews.org/az/news/read/76446/interaz-tv-ve-salamnews-ia-nin-emekdashlarina-huumlcum-eden-shexs-ishden-qovulub/#sthash.IsHb8BfJ.dpuf