İnterAz TV operator Nizami Eyvazova göstərilən dövlət dəstəyinə görə təşəkkür edir

İnterAz televiziyası operator Nizami Eyvazova göstərilən dövlət dəstəyinə görə təşəkkür edir.

SalamNews-un xəbərinə görə, televiziya rəhbərliyi onun əməliyyatı üçün yardım göstərən Səhiyyə Nazirliyinə, deputat Qənirə Paşayevaya, tamaşaçılara, jurnalist və müxbir həmkarlarımıza, bu işə dəstək verən və məlumatı işıqlandıran media orqanlarına – saytlara, agentliklərə, televiziyalara, aksiyanı təşkil edən gənclərə və Türkiyə vətəndaşlarına minnətdarlıq bildirib.

Xatırladaq ki, “Hepatit-B” virusundan əziyyət çəkən İnterAz televiziyasının operatoru Nizami Eyvazov bu günlərdə əməliyyat olunacaq. Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, N.Eyvazov Neftçilər Xəstəxanasına köçürülüb və hörmətli nazirin göstərişi ilə onun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək.

– See more at: http://salamnews.org/az/news/read/126799#sthash.aM3N1I6i.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO