İnterAz TV-nin xəbər portalı bu gündən fəaliyyətə başlayıb

İnterAz TV-nin yeni portalı fəaliyyətə başlayıb. Azərbaycanın Dövlət Müstəqilliyi günü – oktyabrın 18-də istifadəyə verilən portalda ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında baş verən hadisələr, yeniliklər, regionda və dünyada gedən proseslərlə bağlı qaynar xəbərlər, analitik yazılar, müsahibə və reportajlar, maraqlı video və fotogörüntülər yayımlanacaq. Saytda dərc olunan materiallara yazılan oxucu şərhləri də əksini tapacaq.

Azərbaycanın sərhədlərindən kənardan – Rusiya ərazisindən yayımlanan ilk və yeganə azərbaycandilli telekanal olan İnterAz-ın rəsmi veb səhifəsi belədir: “www.interaztv.com”

Veb-sayt İnterAz TV-nin efirində gedən verilişləri, xəbər buraxılışlarını canlı izləmək, yayımlanacaq verilişlərin anonsları ilə tanış olmaq imkanı yaradacaq, fikir və təkliflər yazmaqda izləyicilərə yardımçı olacaq, telekanal haqqında, yayım əhatəsi, kollektiv barədə ətraflı məlumat verəcək.

Xatırladaq ki, İnterAz televiziyası Rusiyanın paytaxtı Moskvadan yayımlanır. Telekanal 75-ci dərəcədə yerləşən LMI-1 (ABS-1) peyki ve Raduga Tv operatoru vasitəsilə Rusiya, MDB və digər ölkələrə açıq yayım həyata keçirir. İnterAz kanalına, həmçinin KaTv-1, Connect, Ailə Tv, BBTV ve Smart (Gəncə) SNTV (SUMGAYIT) kabel şəbəkələrində baxmaq mümkündür. Telekanal “Azerspace” peyki vasitəsilə də yayıma başlayıb.

– See more at: http://salamnews.org/az/news/read/96775#sthash.WTnc6kYZ.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO