“İlin telekanalı “, “İlin xəbər agentliy “, “İlin qəzeti “, “İlin saytı ” – SİYAHI

Parlament Jurnalistləri Birliyi 2013-cü il üzrə “İlin telekanalı”, “İlin xəbər agentliyi”, “İlin qəzeti”, “İlin saytı”, “İlin radiosu”, “İlin telejurnalisti”, “İlin qəzet jurnalisti”, “İlin internet jurnalisti”ni müəyyənləşdirmək üçün 50 deputat və 50 jurnalist arasında rəy sorğusu keçirib.
Bu barədə qurumun sədri Elşad Eyvazlı məlumat verib.

Ümumilikdə sorğu iştirakçılarının 40 faizi ANS TV-ni “İlin telekanalı” kimi xarakterizə ediblər. Respondentlərin 15 faizi isə AzTV, İTV, “Xəzər” TV və ATV-nin adını çəkiblər. Yerdə qalanlar Azərbaycanda “İlin telekanalı” adına layiq bir teleklanalın olmadığını bildiriblər.

Sorğuda iştirak edənlərin 46 faizi “İlin xəbər agentliyi” kimi müsbət rəylərini APA -ya veriblər. 42 faiz Trend İA, 12 faiz isə AzərTAc-ı seçib.

“İlin qəzeti” nominasiyasının qalibi “Yeni Müsavat” qəzeti olub. Belə ki, rəyi soruşulanların 48 faizi bu qəzetə üstünlük verib. Ondan sonrakı yerləri isə “Yeni Azərbaycan”, “Zerkalo”, “Azərbaycan” və “Azadlıq”qəzetləri 18, 17, 11, 6 faizlə qazanıblar.
Radioya isə elə də çox qulaq asan yoxdur. Rəyi soruşulanların cavabından bu qənaətə gəlmək olar. Respondentlərin 70 faizi radioya az hallarda qulaq asdıqların deyiblər. 30 faiz isə İctimai Radionu “İlin radiosu” kimi dəyərləndirib.

“İlin saytı” nominasiyasının qalibi Modern.az olub. Rəyi soruşulanların 68 faizi bu saytı seçiblər. “Qafqazinfo.az”, “Day.az” 18 və 14 faizlə sonrakı yerlərdə qərarlaşıblar.

“İlin televiziya jurnalisti” adını Mirşahin Ağayev qazanıb. O, rəyi soruşulanların 57 faizinin müsbət rəyini qazanıb. AzTV-nin “Səhər” verilişinin aparıcısı Natəvan Osmanlı, İTV-nin keçmiş aparıcısı Cəsarət Valehov, ATV-nin “Səni axtarıram” verilişinin aparacısı Xoşqədəm Hidayətqızı, ANS-in əməkdaşı Ləman Ələşrəfqızı respondetlərin 17, 13, 8, 5 faizinin səsini qazanıblar.

“İlin qəzet jurnalisti” nominasiyasını 48 faizlə “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı qazanıb. Rəyi soruşulanların 23 faizi “Yeni Müsavat”qəzetinin əməkdaşı Elşad Paşasoyun, 20 faizi “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlının, 9 faizi “Kaspi” qəzetinin əməkdaşı İlham Quliyevin üzərində dayanıblar.

“İlin internet jurnalisti” adını isə rəyi soruşulanların 32 fazi “Mediaforum.az” saytının əməkdaşı İmdad Əlizadəyə veriblər. Modern.az saytının əməkdaşı Aytən Əliyeva, Publika.az saytının əməkdaşı Vasif Həsənli, Femida.az-ın əməkdaşı Pərvin Abbasov, Aznyus.az saytının əməkdaşı Ramil Məmmədli 28, 16, 14, 10 faizlə sonrakı yerləri tutublar.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO