İlham Əliyev AŞPA-da ÇIXIŞI: “Söz azadlığının genişləndirilməsində çox MARAQLIYIQ”

Azərbaycan prezidenti İlham Əliyev AŞPA-nın sessiyasında çıxış edib. Modern.azbildirir ki, Dövlət başçısı Azərbaycanda aparılan islahatlardan danışıb və ölkənin keçdiyi yolu təhlil edib. İ. Əliyev Azərbaycanda islahatların davam etdiyini deyərək qeyd edib ki, ölkədə əsas azadlıqlar təmin edilib. “Siyasi partiyalar üçün bütün şərait var. Azad KİV mövcuddur. 40-a yaxın gündəlik qəzet nəşr olunur, müstəqil TV-lər, 14 regional TV mövcuddur. İnternet azaddır. Hazırda ölkədə internetə investisiya qoymaq üçün böyük layihələr icra edilir. Ölkədə senzura yoxdur. Bu şərait isə ölkədə söz azadlığının genişləndirir. Biz bunda çox maraqlıyıq. KİV azdlığı çox vacibdir”-deyə prezident vurğulayıb.

İ.Əliyev ölkədə siyasi azadlıqların tam təmin olunduğunu bildirib. Onun sözlərinə görə, siyasi partiyalar bu azadlıqdan istifadə edərək öz tədbirlərini azad şəkildə həyata keçirirlər.

“Bizim ölkədə iqtisadi-siyasi islahatlar demokratikləşmə prosesi ilə bir yerdə gedir”. İ. Əliyev bildirib ki, Azərbaycanda dini tolerantlıq mühiti var və mxtəlif dini birliklər  bir yerdə yaşayır. Azərbyacan multkultrailzm bizim üçün vacib məsələdir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO