Ötən il ərzində bütün dünyada oğurlanan jurnalistlərin sayı iki dəfədən çox artıb.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Agentliyin səlahiyyətində olan “Sərhədsiz müxbirlər” beynəlxalq təşkilatının illik məruzəsində deyilir.
Məruzəyə əsasən, KİV nümayəndələri üçün ən təhlükəli ölkələr Suriya, Hindistan, Pakistan, Somali və Filippindir. Bu ilin əvvəlindən etibarən Suriyada 10 professional, 35 həvəskar jurnalist öldürülüb.
2013-cü ildə dünyanın müxtəlif ölkələrində 71 professional, 39 həvəskar jurnalist və blogger öldürülüb. Bu, ötən illə müqayisədə bir qədər azdır. Belə ki, ötənilki rəqəmlər, müvafiq olaraq, 88 və 47 olub.
Bununla belə, KİV nümayəndələrinin oğurlanma hallarının əhəmiyyətli şəkildə artması Təşkilatın diqqətini cəlb edib. Belə ki, ötən illə (38 nəfər) müqayisədə bu il 87 jurnalist oğurlanıb. Bundan başqa, dördüncü hökumət nümayəndələrinin ünvanına edilən hədə və hücumların həcmi 9% (2.16 min) artıb.
Məruzədə, həmçinin deyilir ki, hazırda 178 jurnalist professional fəaliyyəti səbəbilə həbsdədir. 2012-ci ildə olduğu kimi, onlardan çoxu Çin, Eritreya, Türkiyə, İran və Suriya həbsxanalarındadır.
– See more at: http://salamnews.org/az/news/read/107064#sthash.EOJUIPe8.dpuf