Sentyabrın 6-da M.F.Axundzadə adına Milli Azərbaycan Kitabxanasında ölkədə fəaliyyət göstərən çap-poliqrafiya müəssisələrinin nümayəndələri ilə görüş keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazirin birinci müavini Vaqif Əliyevin iştirakı ilə reallaşacaq görüşdə sentyabrın 28-dən 30-dək davam edəcək II Bakı Beynəlxalq kitab sərgi-yarmarkasına hazırlığın gedişi, nəşriyyat işinin digər aktual məsələləri müzakirə olunacaqdır.