Avtomobillərini Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası olmadan idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum ola bilərlər.
Trend-in məlumatına əsasən, bunu brifinq zamanı Azərbaycan İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev deyib.
Onun sözlərinə görə, sığortası olmayan sürücülərə qarşı tətbiq edilən tədbirlər kifayət qədər sərt və effektiv deyil.